11 oktyabr 2013 15:07
Qurban Qurbanov Qarabağa dörd yeni futbolçu cəlb etdi (FOTO)
"Qarabağ” Topaz Premyer Liqasının 10-cu turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, milli oyunlar səbəbindən tam heyətlə çalışa bilməyən komandada aşağı yaş qruplarından dəvət almış futbolçular da məşq edir.
Daim gəncləri diqqət mərkəzində saxlayan komandanın baş məşqçisi Qurban Qurbanov adətən milli oyunlar zamanı yaranmış boşluq zamanı gəncləri sınamaqla onların potensialını yoxlayır.
Bu dəfəki çalışmaya Qurbanpov daha 4 futbolçunu dəvət edib. 16 yaşlı Eltun Turabov U-19 və əvəzedici komandada çıxış edir. Elnur Mustafayev, Nicat Abbasov və Elçin Rəhimlinin isə 17 yaşı var.
