12 oktyabr 2013 01:13
Rəşad Sadıqov: Foqtsun getməsini heç birimiz istəmirik
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
- Şimali İrlandiya ilə oyun barədə nə deyə bilərsiz?
- İki fərqli hissə alındı. Birinci hissədə bizdə heç nə alınmırdı. Oyunumuz getmədi. Bütün həftəni hazırlaşmışdıq. Biz rəqibin başqa taktikayla oynayacağını düşünürdük. Hazırlığı da ona uyğun qurmuşduq. Amma Şimali İrlandiya bizim heç gözləmədiyimiz taktikayla oynadı. Bu da bizim üçün əsl sürpriz oldu. Bax ona görə də hər şey belə alındı.

- Bəs fasilədə nə dəyişdi?
- Baş məşqçi heyətdə və taktikada dəyişiklik etdi. Ondan sonra oyunumuz daha yaxşı alınmağa başladı və qələbə qazandıq.

- Bu oyunda cərimə zərbələrini Mahir Şükürovun vurması nə ilə bağlıydı?
- Bizim hər birimizin öz nöqtəsi var. Sonuncu cərimə zərbəsi zamanı da Mahir “hiss edirəm ki, qol vuracam” dedi. Mən də etiraz etməzdim. Həm də kimin vurmasının fərqi yox idi, əsas qələbə idi.

- Yığmamız son aylarda yaxşı nəticələr qazanmağa başlayıb. Nə dəyişib?
- Komandada daha çox özünəinam yaranıb. Ürəkdən və daha böyük istəklə oynayırıq. Niyəsini bilmirəm.

- Bəlkə, Berti Foqtsun getməsini istəmirsiz?
- Futbolçulardan heç biri onun getməsini istəmir. Hardasa bu da nəticələrimizə, oyunumuza təsirsiz ötüşmür. Baş məşqçini çətin vəziyyətdə qoymamaq üçün bütün gücümüzü meydanda qoyuruq. İstəyirik ki, Foqts Azərbaycan yığmasında fəaliyyətini davam etdirsin.

- Digər tərəfdən yaxşı mükafat alacağınız da bildirilir...
- Meydanda pul oynamır. Mənə hətta milyon da söz versələr, öz bacardığımdan daha yaxşı oyun sərgiləyə bilmərəm. Amma təbii ki, hər uğurdan sonra mükafat almaq həmişə xoşdu.
- Rusiya ilə oyunda nəyə ümid edə bilərik?
- Rusiyanın burda qələbə qazanmaması üçün hər şeyi edəcəyik. Rusiyanın DÇ-yə yolu Bakıdan keçir. Motivasiya onlarda yüksək olacaq. Amma biz də uduzmamaq üçün əlimizdən gələni edəcəyik.

- Digər tərəfdən oyunun vacibliyi rəqib komanda üzərində təzyiq yarada bilər...
- Elədi. Əgər birinci hissədə qol buraxmasaq, hər şey bizim istədiyimiz kimi yekunlaşa bilər. Onlar fasilədən sonra həyacanlanacaqlar. Biz də bundan yararlana bilərik.