12 oktyabr 2013 01:33
“İnşallah, Rusiyanı da məğlub edib, tsikli xoş ovqatla bitirərik”
“Yaxşı çıxış etmədim. Ola bilər, bu, ölkə çempionatında çox qüvvə sərf etməyimlə bağlıdı”. Bunu azerisport.az saytına açıqlamasında milli komandamızın aparıcı üzvü Cavid Hüseynov deyib.
Dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya kollektivi ilə matçda 2-ci hissədə meydana daxil olan yarımmüdafiəçi bildirib ki, futbolçularımız sona qədər mübarizə aparıblar və bunun da nəticəsində qalib gəliblər:
“Axıra qədər döyüşdük. Bu qələbə bizə çox vacib idi. İndi 8 xalımız var. İnşallah, evdə Rusiya yığmasını da məğlub edib, mərhələni xoş ovqatla bitirərik”.
Qeyd edək ki, seçmə komandasımız dünən doğma divarlar arasında Şimali İrlandiyi millisini 2:0 hesabı ilə yenərək, “F” qrupunda 4-cü pilləyə yüksəlib.
