12 oktyabr 2013 02:21
Qarabağın futbolçularından biri oynadı, digəri izlədi
Futbol üzrə Albaniya yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, albanlar İsveçrəni qəbul edib.
Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Albaniya yığmasının baş məşqçisi Canni De Byasi "Qarabağ"ın müdafiəçisi Ansi Aqollini 90 dəqiqə oynadıb. Ağdam klubunun digər üzvü Admir Teli isə matçı ehtiyat oyunçular skamyasından izləyib.
