11 oktyabr 2013 15:41

Vüqar Nadirov: Şimali İrlandiya ilə oyun qələbə qazanmaq üçün son şansımızdı

Futbol üzrə Azərbaycan milli komandasının üzvü Vüqar Nadirov azerisport.az saytına müsahibəsində Şimali İrlandiya ilə oyundan, komandanın hazırlığından və qələbə qazanmağın vacibliyindən danışıb.
 
- Səfərdə Şimali İrlandiya ilə layiqli oynayaraq 1 xal qazanmışıq. Cavab görüşündə hansı nəticəni gözləmək olar?
- Azərbaycan üçün oyun çox vacibdi. Bildiyiniz kimi, son iki rəsmi oyunla xal ehtiyatımızı artırmaq şansımız var. Səfərdəki oyunu yaxşı oynadıq. Lakin cavab görüşü çətin olacaq. Rəqib daha dəqiq oynayaraq qələbə qazanmağa çalışacaq. Onlar Bakıya ehtiyatlı gəlsələr də, uğur qazanacaqlarına inanırlar. Məhz bu amil bizim xeyrimizə ola bilər. Doğma meydanda yalnız qələbə bizi razı sala bilər.
 
- Yəqin ki, yığmamız Şimali İrlandiya ilə ev oyununda 90 dəqiqə müdafiədə oturmayacaq...
- Rəqibimiz zəif deyil. Bizim qalib gəlmək istəməyimiz Şimali İrlandiyanın zəif olması demək deyil. Hava mübarizələrində ehtiyatlı olmaq lazımdı. Onlar hava mübarizələrində çox yaxşı oynayırlar. İmkan daxilində yerlə ötürmə vermək yaxşı olar. Topa nəzarəti özümüzdə saxlayaraq rəqibə öz oyunumuzu diqtə etməyə çalışmalıyıq. Erkən qol bizə kömək olacaq. Amma onların erkən səhvə yol verəcəklərinə inanmıram.
 
- Bu oyun rəqib üçün də vacibdi. Şimali İrlandiyanın baş məşqçisi Azərbaycanla oyunu Portuqaliya ilə matç qədər önəmli hesab edir...
- Qalib gəlsək, 4-cü pilləyə yüksələ bilərik. Bu mənada onların Bakıda məğlubiyyəti Britaniyada pis qarşılanacaq. Bizə qələbə lazım olduğundan ilk dəqiqədən sona qədər mübarizə aparacağıq. Sübut edəcəyik ki, heç kimdən zəif deyilik. Rəqib üçün bu oyun Portuqaliya ilə matç qədər vacibdi. Amma bu o demək deyil ki, Azərbaycan Portuqaliya kimi oynayır.
 
- Yığma son pillədən xilas ola bilər?
- Sona 2 tur qalmış 5 xalımız var. Potensialımız bundan çox yığmağa imkan verir. İsraillə oyunda heç kim 1 xal qazanacağımıza inanmırdı. Amma milli səfərdə yaxşı oynadı, hətta qələbə də qazana bilərdi. Sadəcə Şimali İrlandiya ilə oyunda stadionda anşlaq olmasını istərdik. Cari mərhələdə qələbə qazanmamışıq. Bununla belə hər şeyi düzəltmək üçün şansımız var.
 
- Azərbaycan son pillədə qalsa, bu nəyi dəyişəcək?
- Son oyunlardan xal qazanmasaq, reytinqdə geriləcəyik. Üstəlik son pillədə qalmağımız bütün komandaya pis təsir edəcək. Biz autsayder olmadığımızı sübut etməliyik. 90 dəqiqə ərzində qol vurmalıyıq ki, xal qazanaq. Rəqibin səhv etməyini gözləməyəcəyik. Özümüz hücum edərək qol vurmalıyıq. Şimali İrlandiyanı məğlub edə biləcək gücdəyik.
 
- Yığmada lider rolunu kim oynaya bilər?
- Biz komanda oyunu göstərmək istəyirik. Fərqi yoxdu kim qol vuracaq. Əsas rəqibi xalsız qoymaqdı. Sadəcə fürsətləri maksimum dəyərləndirərək qapını düz nişan almaq lazımdı. Yığmanın qalib gəlməsi üçün kim qol vursa, bütün xalq sevinəcək.
 
- Şimali İrlandiya ilə oyunun nəticəsi Rusiya ilə matça da təsirsiz ötüşməyəcək...
- Rusiya ilə oyun da çox vacibdi. Şimali İrlandiyaya qalib gəlsək, Rusiyaya çətin olacaq bizimlə mübarizə aparmaq. Əlbəttə, Fabio Kapellonun komandası səviyyəli futbolçulardan qurulub. Onlar dünya çempionatına çıxmağa namizəd ölkələrdən biridi. Lakin biz də zəif deyilik. Rusiyaya qarşı həmişə xüsusi motivasiya ilə oynamışıq. Bu dəfə də 2 il əvvəki heç-heçənin təsadüfi olmadığını göstərməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.