11 oktyabr 2013 16:33
Şimali İrlandiyalı fanatlar Bakıda (FOTO)
Futbol üzrə Şimali İrlandiya yığması bu gün Bakıda keçiriləcək DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Azərbaycanla oyunda dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, sözügedən ölkədən Azərbaycana xeyli azarkeş təşrif buyurub.
Əldə etdiyimiz məlumata görə, Bakıya təxminən 100 şimali irlandiyalı fanat gəlib. Onlar artıq Azərbaycan paytaxtının gəzməli yerlərində də olublar, şəkillər çəkdiriblər.
Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya matçı bu gün “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da start götürəcək.
