11 oktyabr 2013 17:11
Azərbaycan Super Kuboku uğrunda matçın başlama saatı açıqlandı
23 oktyabr 2013-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində keçiriləcək Azərbaycan Super Kuboku uğrundakı oyunun başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, “Neftçi” və “Xəzər Lənkəran” klubları arasında keçiriləcək bu görüş saat 15:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün keçirilmiş püşkatmaya əsasən “Xəzər Lənkəran” klubu Azərbaycan Super Kubokunun nominal ev sahibi olacaq. “Neftçi” son çempion, “Xəzər Lənkəran” isə kubokun qalibi kimi Super Kubokda oynamaq hüququ qazanıb.
Azərbaycan Super Kuboku
23 oktyabr (çərşənbə)
15:00. “Xəzər Lənkəran” – “Neftçi”
Naxçıvan şəhər stadionu.
