11 oktyabr 2013 17:35
Kubok oyunundan öncə sınaq matçı
Topaz Premyer Liqasının 10-cu turunda qarşılaşacağı “Sumqayıt”la matçın hazırlıqlarını davam etdirən “Qarabağ” millinin oyunları ilə əlaqədar yaranmış fasilədə yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, yaranmış boşluğu doldurmaq üçün Ağdam təmsilçisi sabah saat 11:00-da AZAL-la hazırlıq matçına çıxacaq. Oyun Şüvəlandakı “AZAL Arena”da olacaq.
Qeyd edək ki, sözügedən komandalar dekabrın 4-də Azərbaycan kubokunun 1/8 final mərhələsində də qarşılaşacaqlar.
