12 oktyabr 2013 02:40
Rusiya Bakıya qələbə ilə gəlir, Portuqaliya yenə büdrədi (YENİLƏNİB)
Bu gün futbol üzrə DÇ-2014-ün seçmə mərhələsində növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yer aldığı F qrupunda daha iki oyun baş tutub.
Lüksemburq millisi qrup lideri Rusiyanı qəbul edib. Lüksemburq üçün bu görüş reytinq baxımından əhəmiyyətli idisə, Rusiya yığması üçün dünya çempionatının final mərhələsində iştirak etmək şanslarını asanlaşdıra bilərdi. Şimal qonşularımız Bakıya səfər öncəsi qələbə qazanmağa nail olublar.
Digər oyunda isə Portuqaliya yığması İsraili qəbul edib. Meydan sahibləri gözlənilmədən bu görüşdə xal itkisi ilə üzləşiblər.
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
11 oktyabr
Lüksemburq - Rusiya - 0:4 (0:3)
Qollar: A.Samedov, 7, Fayzulin, 39, Qluşakov, 45+2, Kerjakov, 73.
Portuqaliya - İsrail - 1:1 (1:0)
Qollar: R.Koşta, 27 - B.Basat, 85.
