11 oktyabr 2013 17:54
Sumqayıt - Simurq matçının hakimi açıqlandı
Futbol üzrə Azərbaycan millisinin DÇ-2014-ün seçmə qrup mərhələsindəki oyunları ilə əlaqədar Topaz Premyer Liqasına müvəqqəti fasilə verilib. Azerisport.az xəbər verir ki, bunu dəyərləndirməyə çalışan “Simurq” "Dalğa Arena"da gündə iki dəfə olmaqla hazırlıqları davam etdirir.
İkinci dövrənin ilk matçında "Xəzər Lənkəran"ı qonaq edəcək Zaqatala təmsilçisi səhər məşqlərində əsasən fiziki gücün artırılmasından ibarət təmrinləri yerinə yetirir. Axşam çalışmaları isə taktiki və texniki ağırlıqlı tapşırıqlardan ibarət olur.
Georgi Çixradzenin yetirmələri oyun təcrübəsini itirməmək üçün sabah yoldaşlıq görüşünə çıxacaq. Komandanın rəqibi "Sumqayıt" olacaq. Qarşılaşma saat 16:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ərazisində yeni inşa olunmuş meydançada keçiriləcək. Görüşün baş hakimi isə Orxan Məmmədov olacaq.
