12 oktyabr 2013 18:10
AZAL Qarabağı məğlub yola saldı
“Qarabağ” Premyer Liqada yaranmış fasiləylə əlaqədar AZAL-la yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, milli oyunlar səbəbindən 10 futbolçunun imkanından məhrum olan Ağdam klubu Şüvəlandakı “AZAL Arena”da baş tutan görüşdə fərqli heyətlə meydana çıxıb:
Fərhad Vəliyev, Təmkin Xəlilzadə, Namiq Yusifov, Eltun Yaqublu, İlqar Qurbanov, Eltun Turabov, Toğrul Bilallı, Muarem Muarem, Reynaldo, Corc Leroy, Ulrix Kapalonqo.
Göründüyü kimi, Qurban Qurbanov son müdafiəçinin olmamasına görə Namiq Yusifovu müdafiənin mərkəzinə çəkib, əvəzində meydanın mərkəzində 16 yaşlı Elton Turabova şans verib.
Oyunun ilk yarısında “Qarabağ” 2 dəfə qola yaxın olsa da, ev sahibləri şanslarından maksimum yararlanıb. Cavid Tağıyev və Viktor İbekoyi komandasını fasiləyə üstün yollayan qollara imza atıblar.
İkinci yarı başlar-başlamaz AZAL Ağayevlə 3-cü qolu vursa da, “Qarabağ” Reynadlo və Kaponun vurduğu qollarla hesab arsındakı fərqi minimuma endirdi. Bundan sonra oyunda başqa qol vurulmadı – 2:3.
