12 oktyabr 2013 19:17
İnter Metallurqa da qalib gəlib, vətənə qayıdır
“İnter" Gürcüstanda keçirdiyi təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, “Lokomotiv”in təlim-məşq bazasında Rustavinin "Metallurq" komandasına qarşı baş tutan oyun 2:0 hesabıyla "İnter"in xeyrinə başa çatıb.
Komandanın heyətində Asif Məmmədov və Aleksandr İaşvili fəqrləniblər.
Xatırladaq ki, dünən keçirilən yoxlama matçında da eynilə 2:0 hesablı nəticə qeydə alınmışdı. "Spartak"(Tsxinvali) komandasının qapısından topları Mirsahib Abbasov və Samir Zərgərov keçirmişdilər.
Əlavə edək ki, "İnter" bu gün axşam vətənə qayıdır.
