12 oktyabr 2013 11:09
Rauf Əliyev: Bu qələbə Rusiya ilə oyun öncəsi bizə kömək edəcək
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı Bakıda keçirilmiş oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Şadam ki, qələbə qazandıq. Özü də bu, seçmə tsikldəki ilk qələbəmizdi. Hesab edirəm ki, ikinci hissədə rəqibdən daha üstün oyun sərgilədik. Bu qələbə Rusiya ilə oyun öncəsi komandaya psixoloji cəhətdən kömək edəcək”.
