12 oktyabr 2013 11:35
Rüfət Dadaşov: Rusiya ilə oyunda da qələbə qazanmaq istəyirik
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun azerisport.az saytına müsahibəsi
- Şimali İrlandiya üzərindəki qələbəni necə şərh edərdiniz?
- Ağır oyun alındı. Xüsusilə də ilk hissədə. Rəqib daha güclü təzyiq göstərdiyindən biz müdafiə olunmaq məcburiyyətində idik. Onlar sərt oynayırdılar. Amma biz bütövlükdə yaxşı futbol göstərdik və qələbə qazana bildik. İndi Rusiya ilə oyuna hazırlaşmalıyıq.

- İlk qolu vurmaq sizə nəsib oldu. Necə xatırlayırsız?
- Biz yaxşı kombinasiya qura bildik. Rauf Əliyev çox əla ötürmə etdi və mən də qol vurdum.
- Biz yaxşı kombinasiya qura bildik. Rauf Əliyev çox əla ötürmə etdi və mən də qol vurdum.
- Sizin ona qədər də yaxşı qol epizodunuz olmuşdu...
- Sol ayaqla yaxşı zərbə vura bilmədim. Amma bu futboldu. Futbolda bəzən bütün zərbələrin istədiyin kimi yekunlaşmır.
- İlk yarıda ikinci hücumçu kimi oynayırdınız. İkinci hissədə isə hücumun sivri ucunda oynamağa başladınız və bu, daha effektli oldu...
- Düzünü deyim ki, mənim üçün harda oynamağın fərqi yoxdu. Sadəcə, ikinci hissədə komanda şəklində daha yaxşı oynayırdıq. Bu mənada mənim də yaxşı təsir bağışlamağım başadüşüləndi.
- Rusiya ilə oyunda şanslarımızı necə qiymətləndirirsiz?
- Şans həmişə var. Mən də bir futbolçu kimi qələbə qazanmağımızı istəyirəm.
- Şans həmişə var. Mən də bir futbolçu kimi qələbə qazanmağımızı istəyirəm.
- Ayağınız sarıqlıdı. Bu, növbəti oyunda meydana çıxmanıza problem yaratmayacaq?
- Rəqibdən zərbə aldım. Amma bunun ciddi problem yaradacağını düşünmürəm. Növbəti oyunda da meydana çıxmaq istəyirəm.
- Rəqibdən zərbə aldım. Amma bunun ciddi problem yaradacağını düşünmürəm. Növbəti oyunda da meydana çıxmaq istəyirəm.