12 oktyabr 2013 11:57
AFFA milliyə 100 min dollar mükafat verəcək?
Futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə oyunda qazandığı qələbəyə görə 100 min dollar mükafat əldə edəcəyi bildirilir. Azerisport.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, yığmamızın üzvləri Rusiya ilə görüşdə də qələbə qazansa, o zaman mükafatın məbləği 125 min dollar olacaq.
Amma AFFA-nın baş katibi Elxan Məmmədov bu xəbərləri təkzib edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Nə Şimali İrlandiya ilə oyundan öncə, nə də ondan sonra mükafat barədə heç bir söhbət getməyib. Ötən gecə AFFA prezidenti Rövnəq Abdullayev paltardəyişmə otağına baş çəkdi, mükafat olacağını dedi. Amma rəqəm açıqlanmadı. Bircə onu deyə bilərəm ki, hazırda çox şişirdilmiş rəqəmlər səsləndirilir. Mənə elə gəlir ki, indi buna diqqət yetirməyə dəyməz. Çünki bu, Rusiya ilə oyuna daha yaxşı hazırlaşmağımıza mane ola bilər”.
