13 oktyabr 2013 00:31
Syomin Azərbaycan - Rusiya matçından danışdı
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan – Rusiya matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında bunları söyləyib:
“Portuqaliya İsraillə heç-heçə etməklə bizə çox kömək etdi. Baxmayaraq ki, Rusiya özü də lazım olan nəticəni qazanacaq gücdədi. Bakıdakı oyun komandamız üçün asan olmayacaq. Azərbaycanlılar Şimali İrlandiya ilə oyunda obyektiv olaraq daha güclü idilər. Xüsusilə ikinci hissədə meydan sahibləri fiziki cəhətdən daha üstün idilər və daha çox qol vəziyyətləri yaratdılar. Azərbaycan yığmasının Rusiya ilə oyuna hansı vəziyyətdə yanaşacağını müəyyənləşdirmək çətindi. Yalnız onu qeyd edə bilərəm ki, bu iki komanda arasındakı görüşlər həmişə azarkeşlər üçün böyük prinsipial əhəmiyyətə malik olur. Azərbaycan yığmasının heyətində Kamran Ağayevi qeyd edərdim. O, seçmə mərhələni yüksək səviyyədə keçirib. Bütövlükdə, bu yığma komanda oyununa görə çox güclü təsir bağışlayır”.