12 oktyabr 2013 12:45
Böyükağa Hacıyev: Rəqibin səhvləri və bəxt amili işimizə yaradı
"Neftçi" futbol klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində Azərbaycan millisinin Şimali İrlandiya üzərində qələbəsi barədə danışıb. Onun fikrincə qələbədə əsas rolu əzmkar oyunla yanaşı bəxt amili də oynayıb:
"Futbolçularımız yaxşı oynadı. İkinci hissədə vurulan 2 qolla oyunun taleyini həll etdilər. Layiqli qələbə qazandılar. Amma ilk hissədə baş verənləri unutmaq olmaz. Rəqib çoxlu sayda qol vəziyyəti yaratdı, amma bunlardan istifadə edə bilmədi. Vurmayana vurarlar. Bizim qələbəmizdə bəxt də öz rolunu oynadı. İlk hissədə rəqib hesabı açsaydı, tam başqa oyun olacaqdı. Azərbaycan səhvlərdən istifadə edə bildi”.
