13 oktyabr 2013 00:48
Lider ilk xal itkisi ilə üzləşdi
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 5-ci turun daha dörd oyunu keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə dörd görüş baş tutub.
Qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
Birinci Divizion
5-ci tur
Turan-T - Lokomotiv – 6:2
Qollar: Elsevər Əliyev, 21, Fərmayıl Əliyev, 31; 36; 45, Eltay Tağıyev, 77, Rəşad Piriyev, 90+2 - Nicat Əsgərov, 45+1, Haqverdi Yusifov, 55.
Qaradağ Lökbatan – Şahdağ – 0:0
Neftçala – Bakılı – 2:0
Qollar: Vaqif Güləliyev, 17, Aslan Hüseynov, 84.
Araz Naxçıvan – Karvan – 3:1
Qollar: David Janalidze, 70; 76, Akif Tağıyev, 83 - Əli Bağırov, 32.
