12 oktyabr 2013 13:34
Azərbaycan - Rusiya: Açıq məşq və mətbuat konfranslarının vaxtı açıqlandı
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də keçiriləcək Azərbaycan – Rusiya oyunundan əvvəl hər iki komandanın keçirəcəyi mətbuat üçün açıq məşqlərin və mətbuat konfranslarının vaxtı açıqlanıb. Azerisport.az sizi həmin proqramla tanış edir.
Azərbaycan milli komandası
13 oktyabr. Saat 16:45. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Mətbuat və azarkeşlər üçün açıq məşq
14 oktyabr. Saat 11:00. “Sheraton Baku Airport Hotel”
Nazim Süleymanov, Aslan Kərimov və futbolçuların iştirakı ilə mətbuat konfransı
Rusiya milli komandası
14 oktyabr. Saat 18:00. “Bakcell Arena”
İlk 20 dəqiqəsi mətbuat üçün açıq məşq
14 oktyabr. Saat 19:30. “Bakcell Arena”
Fabio Kapellonun mətbuat konfransı
Qeyd edək ki, “Sheraton Baku Airport Hotel”də keçiriləcək mətbuat konfransına getmək istəyən jurnalistlər üçün avtomobil saat 10:00-da AFFA-nın inzibati binasının qarşısından yola düşəcək.
