12 oktyabr 2013 14:27
Rauf Əliyev: Bu qələbə bizə Rusiya ilə oyun öncəsi çox kömək edəcək
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi
- Şimali İrlandiya ilə oyunda seçmə mərhələdəki ilk qələbənizi qazandınız. Bu oyunla bağlı nə deyə bilərsiz?
- Əlbəttə, hamımız bu qələbəyə görə çox sevincliyik. Komandamız tsikli qrup sonuncusu kimi bitirmək istəmirdi. Buna görə də bütün uşaqlar oyuna yaxşı köklənmişdi. Sona qədər vuruşduq. Hətta hesabda öndə olanda da müdafiəyə çəkilmədik, ikinci qolu vurmağa çalışdıq. Əlavə vaxtda bu istəyimizə də nail olduq. Artıq Rusiya ilə oyunu düşünmək olar.

- Belfastdakı oyunda yeganə qolumuzu siz vurmuşdunuz. Bakıdakı oyunda da buna çox çalışsaz da, nail ola bilmədiniz. Əvəzində hər iki qolda payınız oldu...
- Artıq bu, o qədər də önəm kəsb etmir. Əsas yığmamızın qələbə qazanması idi, buna da nail olduq. Üç xal qazandığımız üçün çox şadam.
- Rəqib Belfastdakı oyunla müqayisədə çoxmu fərqlənirdi?
- Şimali İrlandiya yığması hər iki oyunda döyüşdü. Onlar qələbə qazanmağa çalışırdılar. Əlbəttə, ev oyununda daha təhlükəli idilər. Amma Bakıdakı görüşdə də istəkli görünürdülər.

- Niyə ilk hissədə yığmamız uğursuz çıxış etdi?
- Bu, onların tamamilə fərqli taktika seçməsindən irəli gəlirdi. Biz bunu gözləmirdik. Adətən onlar dörd yarımmüdafiəçi ilə oynayırlar. Amma bu dəfə meydanın mərkəzində beş futbolçuyla çıxış edirdilər. Bu üzdən baş məşqçi taktikamızı dəyişməyə qərar verdi, Cavid Hüseynovu meydana buraxdı. Bu, bizim orta sahədə daha inamlı oynamağımıza şərait yaratdı. Rəqib ondan sonra meydanın mərkəzində elə də ciddi üstünlüyə malik deyildi.

- Oyundan sonra komanda ilə görüşən AFFA prezidenti Rövnəq Abdullayev sizə nə dedi?
- O, sadəcə komandanı təbrik etdi. Növbəti Rusiya ilə oyunda futbolçulara uğurlar arzuladı.

- Bu qələbə Rusiya ilə oyun öncəsi komandaya necə təsir edəcək?
- Qələbə qazanmağımız xoşdu. Fikrimcə, bu qələbə Rusiya ilə oyunda bizə çox kömək edəcək. Xüsusilə də psixoloji baxımdan.

- Sizcə, qrupun əsas favoritlərindən biri ilə qarşılaşmada şansımız nə dərəcədə yüksəkdi?
- Gözəl başa düşürük ki, rəqib bu oyuna maksimum nəticə üçün çıxacaq. Çünki onlar DÇ-yə qrup lideri kimi vəsiqə qazanmaq istəyirlər. Bu üzdən ruslarla görüşə daha yaxşı hazırlaşmalıyıq.

- Bu qələbə sizdə arxayınlığa səbəb olmayacaq ki?
- Şübhəsiz ki, yox. Bizim öz vəziyyətimiz də ürəkaçan deyil. Ona görə də son oyunda müsbət nəticə qazanmağa borcluyuq.