12 oktyabr 2013 14:49
Rusiya yığması Bakıya nə vaxt gələcək?
Futbol üzrə Rusiya yığmasının Bakıya gələcəyi tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, şimal qonşularımız ölkəmizə oktyabrın 14-də təşrif buyuracaqlar.
Bu gün və sabah isə ruslar Moskvada iki açıq məşqə çıxacaqlar. Ayın 14-də Fabio Kapellonun yetirmələri “Bakcell Arena”da açıq məşqə çıxcaq. Məşq saat 18:30-da start götürəcək. 19:30-da isə italiyalı mütəxəssisin mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Azərbaycan – Rusiya matçı oktyabrın 15-də keçiriləcək və saat 22:00-da start götürəcək.
