12 oktyabr 2013 17:34
Qara Qarayev: Yığmamız Rusiyaya uduzmamaq üçün daha yaxşı oynamalıdı
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Qara Qarayevin azerisport.az saytına müsahibəsi
- Şimali İrlandiya üzərində qələbə ilə bağlı nə deyə bilərsiz?
- Belə bir qələbə qazandığımız üçün çox şadıq. Bu, həm də seçmə mərhələdəki ilk qələbəmiz oldu. Qol buraxmadan qalib gəldik. Oyuna ciddi hazırlaşmışdıq. Gördüyünüz kimi, zəhmətimiz faydasını verdi.
- Belə bir qələbə qazandığımız üçün çox şadıq. Bu, həm də seçmə mərhələdəki ilk qələbəmiz oldu. Qol buraxmadan qalib gəldik. Oyuna ciddi hazırlaşmışdıq. Gördüyünüz kimi, zəhmətimiz faydasını verdi.
- Birinci hissədəki oyununuz demək olar ki, alınmadı. Niyə?
- Şimali İrlandiya bizim gözləmədiyimiz taktika ilə oynamağa başladı. Biz onların 4-4-2 taktikasıyla çıxış edəcəyini düşünürdük. Amma rəqib komanda 3-5-2 ilə oynayırdı. Bu, bizi bir qədər çətin vəziyyətdə qoydu. Fasilədə buna uyğun dəyişikliklər etdik və istəyimizə çatdıq.

- Oyundan sonra sizinlə görüşən Rövnəq Abdullayev komanda üzvlərinə nə dedi?
- Qələbə münasibətilə təbrik etdi.
- Qələbə münasibətilə təbrik etdi.
- Başqa heç nə etmədi?
- Xeyr (gülür).
- Öz oyununuz barədə nə deyə bilərsiz?
- Birinci hissədə rəqib futbolçular meydanın mərkəzində çox fəal idilər. Geriyə boylanmağa imkan yox idi. Amma ikinci hissədə mənim də işim yüngülləşdi. Bütövlükdə, öz oyunumdan tam razı qalmadım. Daha yaxşı oynaya bilərdim.
- Rusiya ilə oyunda meydana çıxmaq imkanınız olacaq?
- Ümid edirəm ki, meydana çıxsam, daha yaxşı oynayacağam.
- Ümid edirəm ki, meydana çıxsam, daha yaxşı oynayacağam.
- Rusiyanı da məğlub etməyə çalışacaqsız?
- Qələbə qazanacağımıza söz vermirəm. Amma minimum uduzmamağa çalışacağıq.
- Qələbə qazanacağımıza söz vermirəm. Amma minimum uduzmamağa çalışacağıq.
- Yəqin ki, bunun üçün Şimali İrlandiya ilə görüşdə sərgilədiyiniz oyun yetərli olmayacaq...
- Şübhəsiz ki, Rusiya Şimali İrlandiya deyil. Əgər uduzmaq istəmiriksə, daha yaxşı oynamalıyıq.