13 oktyabr 2013 19:20

Rasim Ramaldanov: Foqts fasilədə bizə dedi ki...

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanovun azerisport.az saytına müsahibəsi
 
- Rusiya yığmasının Bakıya bundan əvvəlki səfəri 1:1 hesablı heç-heçə ilə bitmişdi. Sizcə, bu dəfə dünya çempionatına birbaşa vəsiqə qazanmağa çox yaxın olan rəqiblə oyunda nə edə bilərik?
- Ruslar bu oyunda bütün güclərini qoyacaqlar. Çünki onlar qrup liderliyini qorumağı düşünürlər. Bu üzdən ola bilər ki, xal və ya xallar onlara bizdən daha çox lazımdı. Amma biz də əlimizi yanımıza salıb oturmağa hazırlaşmırıq.
 
- Şimali İrlandiya üzərindəki qələbədən sonra komanda yəqin ki, Rusiya ilə oyuna daha yaxşı əhval-ruhiyyə ilə hazırlaşır...
- Bu qələbə bizə Rusiya ilə oyun öncəsi çox kömək edəcək. Təəssüf ki, mən özüm sarı vərəqə limiti ilə əlaqədar bu oyunu buraxmalı olacağam. Komandamızı tribunadan dəstəkləyəcəm. Əminəm ki, onlar mənim yoxluğumda da nəyə qadir olduqlarını sübut edəcəklər.
 
- Şimali İrlandiya üzərindəki qələbəni necə şərh edə bilərsiz?
- Ağır oyun alındı. Xüsusilə birinci hissədə orta sahədə onlar daha üstün oyun sərgiləyirdilər. Fasilədə baş məşqçi öz tapşırıqlarını verdi və biz də onları yerinə yetirməyə çalışdıq. Xoşbəxtlikdən iki qol vura və lazım olan qələbəni qazana bildik. Bu münasibətlə hər kəsi təbrik edirəm.

- Birinci hissədə siz o qədər inamlı təsir bağışlamırdınız. Həm də bir qədər gərgin görünürdünüz. Bu, nə ilə bağlıydı?
- Ola bilər. Bilirsiz, belə oyunlar zamanı hər zaman üzərində təzyiq hiss edirsən. Hamı yaxşı oyun, müsbət nəticə gözləyir. Yəqin ki, buna görə həyacanlı idim.
 
- Amma fasilədən sonra həm sizin, həm də komandanın oyunu düzəldi...
- Sadəcə, Foqts fasilədə bizə dedi ki, bu oyun bizimdi. Doğma divarlar arasında, azarkeşlərimizin gözü qarşısında öz oyunumuza inanmalıyıq və uğur qazanmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.