14 oktyabr 2013 00:06
Aleksandr Səmədov: Biz də azərbaycanlı futbolçularına buna görə cəzalandırmağa çalışacağıq
Futbol üzrə Rusiya yığmasının Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Səmədov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda millimizə qarşı keçiriləcək oyun öncəsi müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
- Rusiya yığmasını artıq dünya çempionatında hesab edə bilərik?
- Azərbaycanla oyun çox çətin olacaq. Bu, bayağı səslənməməlidi. Mən həqiqətən də belə olacağını düşünürəm. Əminəm ki, yığmamızın digər üzvləri də belə düşünürlər. Hədəfimiz əvvəlki kimidi – qələbə qazanmaq.

- Sizin bu sözlərinizdən belə təəssürat yaranır ki, Rusiyanı Azərbaycanla yox, İspaniya ilə qarşılaşma gözləyir. Azərbaycanlı futbolçular isə tam fərqli açıqlamalar verirlər...
- Bilirsiz, mən əslində futbol xəbərlərini, oyun öncəsi açıqlamaları oxumağı xoşlamıram. Əgər idman saytlarına daxil olsam, NHL və ya NBA-da nələr baş verdiyinə baxaram, daha Azərbaycan Premyer Liqasında olanlara yox.

- Berti Foqtsun yetirmələri oyun öncəsi çox inamlı danışırlar...
- Hə? Sağlıqla, nə problem var ki? Biz də öz növbəmizdə onları buna görə cəzalandırmağa çalışacağıq.