14 oktyabr 2013 00:12
Ruslan Abışov: Aleksandr Səmədov bizim Məsut Özilimizdi
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov Rusiya millisində forma geyən həmyerlimiz Aleksandr Səmədovla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də keçiriləcək Azərbaycan – Rusiya matçı öncəsi şimal qonşu ölkəsinə mətbuatına açıqlamasında bunları söyləyib:
“Braziliyada keçiriləcək dünya çempionatında Rusiyaya azarkeşlik edəcəyəm. Həmyerlilərimi də buna çağırıram. Amma məncə, onlar bunsuz da Rusiya yığmasına azarkeşlik edəcəklər. Çünki Rusiya yığmasında həm də azərbaycanlı futbolçu – Aleksandr Səmədov çıxış edir. Türklər necə Məsut Özilə görə Almaniya yığmasına azarkeşlik edirlərsə, biz də Səmədova azarkeşik edəcəyik. Səmədov da bizim Özildi”.