14 oktyabr 2013 00:17
Elxan Abdullayev: Rusların Bakıdakı oyuna arxayın çıxacaqlarına inanmıram
Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Elxan Abdullayev millimizin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirəcəyi oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Portuqaliya İsraillə heç-heçə oynamaqla rusların öz hədəflərinə çatmasına demək olar ki, çox böyük kömək etdi. Amma Fabio Kapellonun komandası istənilən halda Bakıya qələbə üçün gələcək. Mən rusların Bakıdakı oyuna arxayın çıxacağına qəti inanmıram. Düzdü, mümkündü ki, heyətdə bəzi dəyişikliklər olsun, yeni futbolçulara şans verilsin. Çünki bu komandaya bir xal da bəs edir. Öz yığmamıza gəlincə, Şimali İrlandiya üzərindəki qələbədən sonra əhval-ruhiyyə yaxşıdı. Bizim artıq itiriləsi heç nəyimiz yoxdu. Amma heç-heçə etmək pis olmazdı”.