13 oktyabr 2013 11:19
Dmitri Kombarov: Bakıya bir xal yox, qələbə dalınca gedirik
Azerisport.az sizi futbol üzrə Rusiya yığmasının müdafiəçisi Dmitri Kombarovun müsahibəsi ilə tanış edir.
- Özünüzü necə hiss edirsiz?
- Bir qədər yorğunam. Hələ Lüksemburqla oyundan sonra tam bərpa olmamışıq. Cəmi 2-3 saat yatmaq imkanımız olub.
- Bir qədər yorğunam. Hələ Lüksemburqla oyundan sonra tam bərpa olmamışıq. Cəmi 2-3 saat yatmaq imkanımız olub.
- Bu oyun sizin üçün nə dərəcədə yorucu oldu?
- Çətin oyun alındı. Biz bu qələbəyə nail olmaq üçün bütün gücümüzdən yararlandıq. Rəqibə heç bir şans vermədik.
- Çətin oyun alındı. Biz bu qələbəyə nail olmaq üçün bütün gücümüzdən yararlandıq. Rəqibə heç bir şans vermədik.
- Portuqaliya – İsrail matçının heç-heçə bitdiyini harda eşitdiniz?
- Avtobusla aeroporta gedirdik. Bu xəbərə hamımız çox sevindik. Amma biz hələ özümüzü dünya çempionatına çıxmış hesab etmirik. Növbəti oyunda da qələbə qazanmaq lazımdı. Ondan sonra sevinmək olar.
- Avtobusla aeroporta gedirdik. Bu xəbərə hamımız çox sevindik. Amma biz hələ özümüzü dünya çempionatına çıxmış hesab etmirik. Növbəti oyunda da qələbə qazanmaq lazımdı. Ondan sonra sevinmək olar.
- Ötən gün Azərbaycan da seçmə mərhələdə ilk qələbəsini qazandı...
- Biz öz gücümüzə əminik. Ona görə də Bakıya qələbə üçün gedəcəyik.
- Rusiyaya Bakıdakı oyunda da heç-heçə də bəs edəcək...
- Hamımız gözəl başa düşürük ki, bizə sadəcə qələbə qazanmaq lazımdı. Əlbəttə, heç-heçə də yetərlidi. Amma biz qələbə dalınca gedəcəyik.
- Azərbaycan yığmasının demək olar ki, hər bir üzvü Rusiyanı məğlub etmək istədiklərini deyib. Siz buna fikir verirsiz?
- Komandamızda belə şeylər müzakirə olunmur. Bu cür açıqlamaları Lüksemburq yığmasının üzvləri də vermişdilər.
- Komandamızda belə şeylər müzakirə olunmur. Bu cür açıqlamaları Lüksemburq yığmasının üzvləri də vermişdilər.
- Növbəti rəqibimizin oyunçularına Rusiya üzərində qələbəyə görə 127 min dollar mükafat vəd olunub...
- Rusiyanı məğlub etmək üçün bu motivasiyaya da gərək yoxdu. Sadəcə, belə stimul olanda onlar ikiqat çalışmalı olacaqlar.
- Fabio Kapello Lüksemburqla oyundan sonra nə dedi?
- Dedi arxayınlaşmağa əsas yoxdu. Hədəf çatmağımıza çox az qalıb.
- Dedi arxayınlaşmağa əsas yoxdu. Hədəf çatmağımıza çox az qalıb.
