14 oktyabr 2013 00:28
“Azərbaycanlı futbolçular Moskvadakı oyunda da bizi məğlub edəcəklərini demişdilər”
Futbol üzrə Rusiya yığmasının yarımmüdafiəçisi Roman Şirokov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Bakıdakı oyun öncəsi müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
- Rusiyanı Azərbaycanla oyunda heç-heçə də qane edəcək?
- İstisnasız olaraq qələbəyə oynamalıyıq. Hər şey öz əlimizdədi. Biz bunu gözəl başa düşürük.
- İstisnasız olaraq qələbəyə oynamalıyıq. Hər şey öz əlimizdədi. Biz bunu gözəl başa düşürük.
- Lüksemburqla oyundan sonra Moskvaya dönməyə dəyərdi? Bəlkə, birbaşa Azərbaycana yollanmaq daha yaxşı olardı?
- Tək mənə görə soruşursuz? (gülür)
- Tək mənə görə soruşursuz? (gülür)
- Bütöv komanda üçün...
- Bir halda ki, məşqçilər korpusu belə qərar veriblər, deməli, Rusiyaya qayıtmaq daha düzgün addımdı.
- Ötən gün sizə istirahət verilmişdi. Necə keçirdiniz, nə işlə məşğul oldunuz?
- Bizim məşqimiz var idi. Məşq istirahətdi?
- Bizim məşqimiz var idi. Məşq istirahətdi?
- Hava günəşli olsa da, hava çox soyuqdu. Bu, problem yaratmır?
- Biz Bakıdan gəlmişik ki? Moskvada hər il belə hava olur.
- Biz Bakıdan gəlmişik ki? Moskvada hər il belə hava olur.
- Azərbaycan yığması barədə nə bilirsiz?
- Mən yalnız Moskvada keçirilmiş oyuna görə mülahizə yürüdə bilərəm. Amma azərbaycanlılar çoxdandı evdə məğlub olmurlar. Deməli, yaxşı komandadı. Baxmayaraq ki, evdə hər komanda yaxşı oynayır.
- Mən yalnız Moskvada keçirilmiş oyuna görə mülahizə yürüdə bilərəm. Amma azərbaycanlılar çoxdandı evdə məğlub olmurlar. Deməli, yaxşı komandadı. Baxmayaraq ki, evdə hər komanda yaxşı oynayır.
- Bu komanda ilə Moskvadakı oyun da çox çətin alınmışdı...
- Ona görə elə alındı ki, biz uzun müddət qol vura bilmədik. Amma qol vəziyyətlərimiz çox idi. Bütövlükdə, oyuna nəzarət bizim əlimizdə idi.
- Azərbaycan yığmasının üzvlərinin qələbə qazanmaq istədikləri barədə açıqlamalarına münasibətiniz necədi?
- Dünya çempionatına getmək istəyən komanda üçün daha necə motivasiya lazımdı? Təkrar edirəm, Azərbaycan evdə yaxşı oynayır. Onlar da öz azarkeşlərini sevindirmək istəyirlər. Özü də bu komanda keçmiş SSRİ ölkəsinin təmsilçisidi. Azərbaycan Lüksemburq deyil. Biz bunu gözəl başa düşürük. Açıqlamalara gəlincə, azərbaycanlılar Moskvadakı qarşılaşmadan öncə də bizi məğlub edəcəklərini deyirdilər.

- Kapello sizi bu oyuna necə kökləyir?
- Deyir ki, mütləq qələbə qazanmaq lazımdı. Bu, sonuncu addımdı. Heç bir arxayınlığı yaxına buraxmaq olmaz.
- Deyir ki, mütləq qələbə qazanmaq lazımdı. Bu, sonuncu addımdı. Heç bir arxayınlığı yaxına buraxmaq olmaz.
- Azərbaycanlılara qələbə müqabilində yaxşı mükafat söz verilib...
- Mükafatı bizə verməyəcəklər ki. Həm də elə bilirsiz ki, hansısa komandaya çoxlu mükafat söz verildisə, o, dərhal yaxşı oyun göstərəcək?
- Bəs sizə hansısa mükafat söz verilib?
- Biz mükafata görə yox, ölkəmiz üçün oynayırıq.
- Biz mükafata görə yox, ölkəmiz üçün oynayırıq.