13 oktyabr 2013 13:47

Anatoli Demyanenko: Rusiya yığmasını Bakıda asan gəzinti gözləmir

“Neftçi”nin sabiq baş məşqçisi Anatoli Demyanenko Dç-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Rusiya matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, yığmamızın şimal qonşularımıza müqavimət göstərəcəyinə əminliyini vurğulayıb:

- Bu komanda lazım olan anda toparlanmağı bacarır. Xüsusilə də doğma azarkeşlərinin gözü qarşısında oynayarkən. Onların az qala hər seçmə mərhələdə aparıcı komandalardan bir və ya bir neçəsini büdrətməsi də təsadüfi deyil. Düzdü, problemləri var. Amma Rusiya ilə oyuna onlar tam fərqli əhval-ruhiyyədə çıxacaqlar. Cənub xalqlarının insanları adətən xüsusi temperamentə malik olurlar. Rusiyaya ciddi köklənmək lazımdı. Yalnız o zaman nəsə alına bilər. Rusları Bakıda asan gəzinti gözləmir.
 
- Stadionda anşlaq mümkündü?
- İş günü də olsa, azərbaycanlıların xüsusi turnir motivasiyası olmasa da, anşlaq olacaq. Yenə də deyirəm ki, cənublular futbolu çox sevirlər. Rusiya üzərində qələbə bu komanda üçün çox böyük əhəmiyyətə malik olacaq.
 
- Burda siyasi amillərin də rolu var?
- Siyasi amillərin təsirini qeyd edə bilmərəm. Amma keçmiş SSRİ ölkələrinin qarşılaşmalarına maraq həmişə böyük olur. Azərbaycan da bu baxımdan istisna deyil.

- Sizcə, Azərbaycan müdafiə futbolu oynayacaq, yoxsa, riskə gedəcək?
- Müdafiədən oynayıb, əks-hücuma üstünlük verəcəklər. Buna görə mübahisə etməyə belə dəyməz. Çünki bu komanda adətən öz oyununu müdafiədən qurur. Bu mənada sözügedən komanda çox artırıb. Berti Foqtsun da bu mənada işi diqqət çəkir. Azərbaycan yığması hazırda çox yaxşı təşkilatlanıb.
 
- Rusiya yığması Bakıda ən çox nədən çəkinməlidi?
- Azərbaycan yığmasında xüsusi ulduz futbolçu yoxdu. Amma futbolçuların böyük əksəriyyəti yaxşı texnikaya malikdi. Onlara düşünmək imkanı vermək olmaz. Topa nəzarət Rusiyanın əlində olmalıdı. Çox diqqətli olmaq lazımdı. Əks halda xoşagəlməz aqibətlə üzləşəcəksiz.
 
- Berti Foqtsun Azərbaycandakı işindən razısız?
- Foqtsun işini hərə bir cür qiymətləndirir. Erkən nəticə gözləyənlər üçün təbii ki, onun işi razılıqla qarşılana bilməz. Amma kim ki, baş məşqçiyə vaxt verilmək lazım olduğunu başa düşür, onlar Azərbaycan yığmasında görülən işləri tam başqa cür qiymətləndirirlər. Berti artıq öz komandasını formalaşdırıb. O, ilk gündən məhz bunun üçün çalışırdı. Bundan sonra isə Azərbaycan yığmasının daha da inkişaf etməsini gözləmək olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.