14 oktyabr 2013 18:13
Kapello yığmanın məşq vaxtını dəyişdi
Futbol üzrə Rusiya yığmasının baş məşqçisi Fabio Kapello Bakıya gəlişindən sonra komandanın planlarını dəyişib. Azerisport.az xəbər verir ki, qonaqlar məşqi 18:00 başlamalı olsalar da, Bakıya gələndən sonra vaxtı 18:45-ə keçiriblər. Bununla əlaqədar 19:45-ə təyin edilmiş mətbuat konfransının vaxtının dəyişiləcəyi də gözlənilir.
Xatırladaq ki, məşq “Bakcell Arena”da keçiriləcək.
