14 oktyabr 2013 18:31
“Sakitcə meydana çıxmaq və Azərbaycan yığmasını məğlub etmək lazımdı”
Rusiya yığmasının keçmiş hücumçusu Vladimir Besçastnıx dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan - Rusiya oyunu ilə bağlı fikirlərini bildirib. Azerisport.az onun sözlərini diqqətinizə çatdırır:
“Deməzdim ki, Rusiya yığmasının keçmiş Sovet İttifaqı yığmalarına qarşı oyunları digər rəqiblərlə oyunlarından fərqlənir. Bizim komandamızın konkret oyunlarda müəyyən tapşırıqları var və rəqibin kimliyi əhəmiyyət kəsb etmir. Sakitcə meydana çıxmaq və Azərbaycan yığmasını məğlub etmək lazımdı”.
