14 oktyabr 2013 18:51
Azərbaycan - Rusiya oyununa bilet demək olar ki, qalmayıb
Azərbaycan və Rusiya yığmaları arasında keçiriləcək 2014-cü il dünya çempionatının seçmə oyununa bilet demək olar ki, qalmayıb. Azerisport.az xəbər verir ki, birinci və VIP kateqoriyalı biletlərin hamısı satılıb.
Yalnız ikinci kateqoriya biletləri qalıb.
