14 oktyabr 2013 19:21
Azərbaycan yığması hörmət tələb edir və qiymət verməməyə dözmək fikrində deyil
“Anji”nin keçmiş baş məşqçisi Andrey Qordeyev futbol üzrə 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan - Rusiya oyunu barədə ehtimallarını bildirib. Azerisport.az onun sözlərini diqqətinizə çatdırır:
“Düşünürəm ki, Rusiya üstün oynayacaq. Azərbaycan yığması son oyuna mənəvi və fiziki cəhətdən yaxşı formada gəlir. Onlar seçmə mərhələni major notda bitirmək fikrindədir. Bizim komandamıza bu oyuna il ərzində əksər oyunlara kökləndiyi əhvalla çıxmaq lazımdı. Azərbaycan yığması hörmət tələb edir və qiymət verməməyə dözmək fikrində deyil. Bakı meydanlarında heç bir komandaya asan olmayacaq, diqqətli olmaq lazımdı”.
