14 oktyabr 2013 20:14
Fabio Kapello: Azərbaycan yığmasında Moskvadakı oyunla müqayisədə çoxlu dəyişikliklər olub
Rusiya yığma komandasının baş məşqçisi Fabio Kapello futbol üzrə 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində rəqibi Azərbaycan yığması barədə fikirlərini bölüşüb. Azerisport.az onun fikirlərini çatdırır:
“Məm Şimali İrlandiya ilə oyunu görmüşdüm. Azərbaycan yığmasında Moskvadakı oyunla müqayisədə çoxlu dəyişikliklər olub. Heyətdə səkkiz yeni oyunçu var. Şimali irlandiyalılara layiqli qalib gəldiniz. Ancaq biz səhər öz oyunumuzu göstərməliyik”.
