14 oktyabr 2013 11:05
Ruslan Abışov: Azarkeşlərə Qurban bayramı hədiyyəsi etmək istəyirik
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Ruslan Abışov bildirib ki, komanda Qurban bayramı münasibəti ilə azarkeşlərinə hədiyyə etmək istəyir. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Çox gözəl qələbə qazandıq. Rusiya ilə oyun ərəfəsində ab-hava yaxşıdı. Dincəldik və oynamağa hazırıq. Qurban bayramı qabağı azarkeşlərimizə hədiyyə vermək istəyirik”.
“Rusiyada futbolun səviyyəsi çox yüksəkdi. Atletik futbol oynayırlar. Bizə çox çətin olacaq”.
