14 oktyabr 2013 11:43
Ruslan Abışov: Berdıyevə heç nə sübut etmək istəmirəm
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Ruslan Abışov bildirib ki, “Rubinin” əsas heyətinə düşmək şansını gözləməkdə davam edir. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“İnanıram ki, əsas heyətin oyunçusu olacağam. Berdıyev məni yaxşı tanıyır və ona heç nə sübut etmək istəmirəm. Çempionatın sonuncu turunda oynayacağımı gözləyirdim, ancaq alınmadı”.
