14 oktyabr 2013 11:45

Rəşad Sadıqov: Mətbuata müsahibə üçün Rusiya yığmasının oyunçularından icazə almağa hazırlaşmırıq

Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya yığmasına qarşı oyunla bağlı sualları cavablayıb. Azerisport.az müsahibəni təqdim edir:
 
- Bizi dövrənin son oyunu gözləyir. Bu, çox vacibdir. Seçmə mərhələni uğurla başa vurmaq istəyirik. Döyüşmək və Rusiya yığmasına məğlub olmamaq istəyirik.
 
- Azərbaycan yığmasının özünəinamlı bəyanatları nəyə əsaslanır?
- Bizim bəzi oyunçularımız doğrudan da özünəinamlı bəyanatlar veriblər. Görürəm ki, bu sözlər Rusiya yığmasının oyunçularına xoş gəlmir, ancaq biz mətbuata müsahibə üçün Rusiya yığmasının oyunçularından icazə almaq fikrində deyilik. Ancaq xüsusilə Aleksandr Səmədovun sözlərinə gəlincə ki, onun komandası bizi cəzalandırmağa hazırlaşır... Heyif ki, biz onunla meydanda üzləşəcəyik. Meydandan kənarda o, öz ədəbsizliyinə görə mütləq cavab verməli olardı. İndi mən onu Səmədov çağırmayacağam. Mənim üçün o sadəcə Aleksandrdı.
 
- Rusiya ilə oyun Şimali İrlandiyaya qarşı oyundan nə qədər fərqlənəcək?
- Əminəm ki, Rusiya əvvəllər olduğu tək oynayacaq. Heç bir sürpriz olmayacaq. Ancaq irlandlar meydanın mərkəzini ələ almaqla bizi təəccübləndirmişdi. Fasilədən sonra hər şey dəyişdi, biz öz oyunumuzu göstərdik. Topa daha çox sahib olduq.
 
- Komandanın baş məşqçi Berti Foqtsla münasibətləri necədi?
- Onun mentaliteti başqadı. Ancaq biz bir-birimizə öyrəşmişik. İndi bizə kifayət qədər asandı. Düşünürəm ki, o, Azərbaycan futboluna böyük fayda verib. Sadəcə bu mərhələdə çox bəxtimiz gətirmədi. 13-14 xal yığmalı idik. Cəmi üç dəfə uduzmuşuq. Yığma ilə heç belə olmamışdı.
 
- Mükafatlar barədə nə deyə bilərsiniz?
- Bizdə bu barədə oyundan sonra danışırlar. Hakimin 86-cı dəqiqədə təyin etdiyi penaltini, Moskvada məğlubiyyətimizi yaddan çıxarmamışıq. İndi azarkeşlərimiz qarşısında uğurlu oyun göstərmək istəyirik.
 
- Sizcə, qarşıdakı oyunun favoriti ikimdi?
- Rusiyanın müəyyən üstünlüyü var. Belə ki, onları heç-heçə də qane edir. Ancaq onlar heç-heçəyə oynamayacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.