14 oktyabr 2013 12:00
Aslan Kərimov: Rusiya yığması komandamızdan səviyyəcə üstündür
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Aslan Kərimov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya yığmasına qarşı oyunla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, mütəxəssis bunları söyləyib:
“İlk növbədə rəqibin bizdən həm fərdi, həm də komanda baxımından üstün səviyyədə olduğunu başa düşmək lazımdır. Onların təcrübəsi də çox olacaq. Bizim üstünlüyümüz - doğma divarlar, azarkeşlərdi. Həmçinin, düşünürəm ki, bizim oyunçuların oyuna köklənməsi daha yüksək olacaq”.
