14 oktyabr 2013 12:26
Roman Şirokov: Bakıya qələbə üçün gedirik
Rusiya yığmasının futbolçusu Roman Şirokov Azərbaycanla oyun haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Şirokov komandasının heç-heçə barədə düşünmədiklərinin deyib:
“Heç-heçə barədə düşünmürük. Futbolda heç-heçə sürüşkən nəticədi. Gərək hər zaman qələbə haqda düşünəsən ki, yekunda nəsə qazanasan. Bakıya qələbə üçün gedirik. Azərbaycanın yaxşı komandası var. Onlar Şimali İrlandiyaya qalib gəliblər. Fikrimcə biz arxayınlaşmamalıyıq. Hələ Braziliyaya vəsiqə qazanmamışıq”.
