15 oktyabr 2013 00:37

Tsiklin sonunda Rusiyaya layiqli cavab vermək və dördüncü olmaq şansı

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın bu dəfəki rəqibi Rusiya olacaq.
 
Qeyd edək ki, bu, komandamızın cari seçmə mərhələdəki sonuncu - onuncu oyunu olacaq. Foqtsun yetirmələri ötən ilə təsadüf edən ilk dörd oyunda öncə Bakıda İsraillə 1:1 hesablı heç-heçəyə razılaşmış, ardından səfərdə Portuqaliya (0:3) və Rusiyaya (0:1) məğlub olmuşdu. Şimali İrlandiya ilə səfər oyununda isə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Bu ilin ilk oyununda səfərdə Lüksemburqla qolsuz heç-heçəyə razılaşmalı olduq. Bu komanda ilə Bakıdakı qarşılaşmada da qələbə qazana bilmədik – 1:1. Portuqaliya ilə ev oyunumuz isə 0:2 hesablı məğlubiyyətlə başa çatdı. İsraillə səfər oyununu da 1:1 hesablı heç-heçə ilə başa vurmuşuq. Yalnız sonuncu Şimali İrlandiya ilə görüş yığmamızın ilk dəfə qazandığı qələbə ilə bitdi – 2:0.
 
Göründüyü kimi, millimiz geridə qalan oyunlarda yalnız üç oyunda uduzub və cəmi bir dəfə qələbə qazanıb. İndi Berti Foqtsun yetirmələri Rusiya ilə ev oyununda növbəti xal və ya xallarını qazanmağa çalışmalıdı. Səkkiz oyundan 5-də heç-heçə edən komandamız ən azı növbəti dəfə belə bir nəticəyə imza atmaq imkanına malikdi. Topların fərqi də xeyrimizə deyil – 6:10.
 
Rusiya yığması da cari seçmə tsikldə doqquz oyununu arxada qoyub. Yığmamıza Moskvadakı oyunda son dəqiqələrdəki penalti qolu ilə qalib gələn (1:0) ruslar Şimali İrlandiyanı da evdə 2:0 məğlub ediblər. Bu komanda İsrailə səfərdə 4:0, evdə 3:1 hesabıyla qalib gəlib. Lüksemburqla ev oyunu 4:1, səfər görüşü 1:0 hesablı qələbəylə bitib. Şimal qonşularımızın daha bir qələbəsi isə Portuqaliya ilə ev oyununa təsadüf edib – 1:0. Ruslar cəmi iki oyunda məğlub olublar ki, həmin məğlubiyyətlər də Portuqaliya və Şimali İrlandiya ilə səfər oyunlarında qeydə alınıb – hər ikisi 0:1. Bütövlükdə, 19 qol vuran Rusiya yığması öz qapısından cəmi 4 top buraxıb. Portuqaliyadan da yaxşı nəticəyə malik olan bu komanda hazırda F qrupunun vahid lideridi.
 
Rusiya yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 15-ci yeri tutur. Göründüyü kimi, komandamızı bu dəfə daha ciddi sınaq gözləyir. Ən azından ona görə ki, ruslarla müqayisədə reytinq cədvəlindəki yerinə görə millimiz (maraq üçün bildirək ki, millimiz hazırda 107-ci pillədə qərarlaşıb) bu rəqibindən xeyli geridədi. Amma bu, Rusiya ilə görüşdə xal və ya xallar qazanmaq şansımızın qətiyyən olmadığı anlamına gəlməməlidi.
 
Rusiya millisinə italiyalı mütəxəssis Fabio Kapello başçılıq edir. 67 yaşlı məşqçi 2012-ci ildən etibarən bu yığmanı çalışdırır. 1987-ci ildən məşqçilik edən mütəxəssis Rusiyadan öncə İngiltərə millisində də işləyib. O, həmçinin İtaliyanın “Milan”, “Roma”, “Juventus” klublarını, İspaniyanın “Real” komandasında da çalışıb.
 
Qeyd edək ki, bu komanda millimiz üçün tanış rəqibdi. Belə ki, Rusiya bundan öncə bir dəfə də dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına rəqib olub. 2009-cu il martın 28-də Moskvada baş tutan qarşılaşmada meydan sahibləri 2 cavabsız qolla qalib gəlmişdilər. Həmin ilin 14 oktyabrında Bakıda keçirilən görüşdə isə 1:1 hesablı heç-heçə qeydə alınmışdı və Vaqif Cavadovun vurduğu möhtəşəm qol sayəsində millimiz ruslara böyük zərbə vurmuşdular.
 
Göründüyü kimi, Rusiya ilə qarşılaşmalar yığmamız üçün o qədər də uğurlu alınmır. Düzdü, bu rəqiblə bir dəfə heç-heçə etsək də, iki dəfə məğlub olmuşuq. Qələbəmiz isə yoxdu. Bu üzdən də yığmamız həm də şimal qonşularımızla oyunlarda ilk qələbəsini reallaşdırmağa çalışmalıdı. Qazanılacaq uğur Azərbaycanın həm də qrupu dördüncü yerdə bitirməsinə şərait yaradacaq.
 
Azərbaycan millisinin bu günkü matçı həm də 2013-cü ildə onuncu oyunu olacaq. Yanvar-fevral aylarına təsadüf edən Dubay toplanışı çərçivəsindəki ilk oyununda Özbəkistanla qarşılaşan təmsilçimiz qolsuz heç-heçəyə razılaşmışdı. Ardından isə Lixtenşteynlə görüşən futbolçularımız 1:0 hesablı qələbəyə imza atmışdılar. Qətərlə səfərdə keçirdiyi yoxlama oyununda heç-heçəyə (1:1) razılaşan Foqtsun yetirmələri son sınaq matçında da Maltanı Bakıda 3 cavabsız qolla yendilər. Rəsmi oyunlara gəlincə, Lüksemburqla iki heç-heçə (səfərdə 0:0, evdə 1:1) yanaşı Portuqaliyaya məğlubiyyət (0:2) var. İsraillə səfər görüşü 1:1 hesabıyla bitmişdi. Şimali İrlandiya ilə son qarşılaşmada isə məlum qələbə qeydə alınmışdı – 2:0.
 
Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 201-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 37-də qələbə qazanmışıqsa, 53-də də heç-heçə ilə təsəlli tapmışıq. 110 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 143 qol vurduğumuz halda, öz qapımızdan 343 top çıxarmışıq.
 
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
15 oktyabr
 
22:00. Azərbaycan – Rusiya
Hakimlər: Milorad Maziç, Milovan Ristiç, Dalibor Corceviç, Boşko Yovanetiç (Serbiya).
Hakim-inspektor: Sieqfried Kirşen (Almaniya)
Komissar: Dusan Tittel (Slovakiya).
 
  1 Rusiya 9 7 0 2 19 4 15 21
  2 Portuqaliya 9 5 3 1 17 9 8 18
  3 İsrail 9 3 4 2 18 13 5 13
  4 Azərbaycan 9 1 5 3 6 10 -4 8
  5 Şim. İrlandiya 9 1 3 5 8 16 -8 6
  6 Lüksemburq 9 1 3 5 7 23 -16 6

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.