14 oktyabr 2013 12:35
Şahin Diniyev: Səmədov Azərbaycanı seçsəydi bu qədər inkişaf etməyəcəkdi
Futbol üzrə millimizin sabiq çalışdırıcısı Şahin Diniyev azerisport.az saytına açıqlamasında Aleksandr Səmədovdan danışıb. Onun fikrincə gərək mətbuat Səmədovla bağlı təxribat yaradacaq suallardan yayınsın:
"Aleksandr Səmədovun Rusiya millisində oynaması bizim üçün qürurverici olmalıdı. Azərbaycanlı futbolçu Rusiya komandasının əsas üzvünə çevrilib və bu heyətlə dünya çempionatına gedə bilər. İstəməzdim Səmədovla bağlı təxribat yaradaq. O futbolçudu və seçimi edib. Əlbəttə, Azərbaycanı da seçə bilərdi. Amma gəlin reallığı qəbul edək. Azərbaycanı seçsəydi bu qədər inkişaf etməzdi. O Rusiya millisini seçdi və indi dünya çempionatına yollanmağa yaxındı. Azərbaycanlı futbolçunun adını dünya çempionatına yazdırması bizi sevindirməlidi”.
