14 oktyabr 2013 12:47
Əsgər Abdullayev: Heç-heçə həm Rusiyanı, həm də Azərbaycanı qane edir
Futbol üzrə millimizin sabiq çalışdırıcısı Əsgər Abdullayev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Rusiya oyunu haqda danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
“Rusiya yaxşı komandadı. Onlar artıq anlayır ki, Braziliyaya getməyə çox yaxındılar. Deməli bir qədər arxayın oynaya bilərlər. Futbolda hər bir nəticə mümkündü. Amma indiki halda heç-heçə hər iki tərəfi razı salan nəticədi. Rusiya 1 xal qazanır və dünya çempionatına yollanır. Azərbaycan millisi də 9-cu xalı əldə edir. Bu mənada heç-heçəyə heç kim etiraz etməyəcək. Çünki, Rusiya kimi komandayla heç-heçə oynamaq böyük nəticədi”.
