14 oktyabr 2013 12:20
Rüfət Dadaşov: Rusiya ilə oyun bizim üçün şansdı
Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya yığmasına qarşı oyun barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Bu oyuna Rusiyada baxacaqlar və əlbəttə ki, bu, oyunçularımızın özünü göstərməsi üçün şansdı. Ancaq şəxsən mən bu barədə düşünmürəm. Mənə yaxşı nəticə əsasdı”.
