14 oktyabr 2013 12:50
Tomas Helmer: Foqts üçün Rusiya ilə oyun xüsusi önəm daşıyır
Berti Foqtsun rəhbərliyi altında 1996-cı ildə Avropa çempionu olmuş Almaniya yığmasının keçmiş yarımmüdafiəçisi Tomas Helmer Azərbaycan - Rusiya oyunu haqda fikirlərini “Sport-Ekspress” nəşrinə bölüşüb. Azerisport.az keçmiş yarımmüdafiəçinin fikirlərini çatdırır:
“Foqts üçün bu oyun xüsusi önəm daşıyır. Azərbaycan keçmiş Sovet İttifaqı respublikasıdır. Rəqabət maraqlı olacaq. Yəqin ki komandanıza Moskvadakından da çətin olacaq. Ancaq Rusiya yığması qalib gəlməlidir”.
