14 oktyabr 2013 13:05
Denis Qluşakov: Abışov?.. Hansı, bəstəboy?
Rusiya yığmasının yarımmüdafiəçisi Denis Qluşakova Azərbaycan futbolu haqda dörd sualı cavablamaq təklif edilib. Azəerisport.az müsahibəni diqqətinizə çatdırır:
Tofiq Bəhramov kimdir?
Hakim. Ancaq xatırladın ki, nə ilə məşhurlaşıb.
1966-cı il dünya çempionatının finalında ingilislərin mübahisəli qolunu qeydə alıb.
Hə! Bu epizoda Internetdə baxmışam... Qol olub? Bunun üçün bir də videoya baxmaq lazımdı.
“Qəbələ” nədir?
Bu klubda Syomin işləmir? Düzdü! Bu, onun komandasıdı.
Teryer kimdi?
İt.
Ümumiyyətlə, hə. Ancaq Berti Foqtsu meydanda yapışıqlı oyunu və güzəştsiz xarakterinə görə belə çağırırdılar...
Düzü, bilmirdim ki, Azərbaycan yığmasının baş məşqçisinin belə ləqəbi var.
Abışov harda oynayır?
Hansı, bəstəboy?
Yox, 187 sm boyu olan...
Onda bilmirəm. Niyə məhz onun haqda sual?
