15 oktyabr 2013 01:05
Con Toşak qayıtdı, Xəzər Lənkəran hazırlığı bərpa etdi (FOTO)
Üç günlük istirahətdən sonra “Xəzər Lənkəran” ötən gün bir araya gəlib. Azerisport.az xəbər verir ki, Lənkərandakı hazırlıqdan sonra qısamüddətli istirahətə buraxılan komanda axşam saatlarında Milli olimpiya komandalarının təlim-məşq bazasının süni örtüklü meydançasında məşqə çıxıb.
Con Toşakın rəhbərliyi altında keçirilən məşqdə milli komandalarda olan 5 futbolçudan savayı bütün futbolçular iştirak edib. Bir saat davam edən hazırlıqda futbolçular əsasən toplu çalışmaları yerinə yetiriblər.
Bu gün səhər saatlarında “Xəzər Lənkəran” növbəti məşqinə çıxacaq.
