14 oktyabr 2013 13:20
Elxan Məmmədov: Rusiyadan olan azarkeşlər özlərini tam təhlükəsiz hiss edə bilərlər
AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, Rusiyadan olan azarkeşlər dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan - Rusiya oyunu zamanı özlərini tam təhlükəsiz hiss edə bilər. Azerisport.az saytına müsahibəsində bunları söyləyib:
“Hüquq-mühafizə orqanları öz işini bilir. Təhlükəsizlik ən yüksək səviyyədə təmin ediləcək. Moskvadakı son hadisələrin futbolla heç bir əlaqəsi yoxdur. Buna görə də Rusiyadan olan azarkeşlər yerli azarkeşlər kimi gözəl oyundan zövq ala bilərlər”.
