14 oktyabr 2013 14:30

“Rəşad Sadıqov haqlıdır: milyonlar bərabər mübarizəyə kömək edə bilməz”

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan - Rusiya oyunu ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
 
(mükafatlar haqda)
Mən “Neftçi”nin oyunçuları barədə qətiyyətlə deyə bilərəm ki, onlar mükafatlar barədə deyil, ilk olaraq Azərbaycanın himni, bayrağı haqda düşünür. Mətbuatda səslənən rəqəmlər məncə çox şişirdilib. Futbolçular vətənləri üçün oynayacaqlar, pul üçün yox. Sözsüz ki, hər bir komandaya qarşıya qoyulmuş məqsədə çatdıqda hər hansı mükafat təyin edilir. Rusiya yığması da yerinə yetirilmiş vəzifəyə görə mükafat alacaq. Bu, ümumdünya təcrübəsidi. Amma məncə, indi pullar haqda deyil, futbolçuların Çərşənbə axşamı göstərəcəkləri oyunun keyfiyyəti barədə danışmaq lazımdır.
 
Təbii ki, istəyirik ki, yığmamız qələbə qazansın. Digər tərəfdən, biz uzun müddət bir bayraq altında çıxış etmişik, böyük bir ölkənin vətəndaşları olmuşuq və şəxsən mən Rusiya yığmasının qrup birincisi kimi dünya çempionatına çıxmasını istəyirəm. Yeri gəlmişkən, mükafatlara gəlincə, Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov mətbuatda fikrini düzgün bildirib. O deyib ki, milyonlar versələr də, əgər o, səviyyəli oynaya bilməsə, pullar kömək etməyəcək.
 
(futbolun maliyyələşdirilməsi haqda)
Azərbaycanda idmanın, xüsusi ilə futbolun inkişafına dövlət və ayrılıqda futbola vəsait ayıran sponsorlar tərəfindən kifayət qədər çox diqqət ayrılır. Buna görə də klublarda oyunçular mükafatlar alırlar. Ancaq mən qeyd etmək istərdim ki, bizim futbolçular “Spartak”, “Rubin”, “Zenit”in oyunçularının mükafatları kimi mükafatlar alsın. Bütün dünyada olduğu kimi oyunçuları qarşıya qoyulmuş məqsədə həvəsləndirə biləcək sponsorlar var.
 
(Rusiya ilə oyun barədə)
Ümumiyyətlə Azərbaycanda Rusiyaya hörmətli münasibət var. Bizim bir çox həmvətənlərimiz Rusiyada yaşayır, işləyirlər. Sizi əmin edirəm ki, məhz mətbuatdakı informasiya oyun öncəsi gərginlik yaradır və bunun heç bir tutarlı əsası yoxdur. Tamaşaçılar stadiona gələcəklər və Azərbaycan yığması ilə bərabər gözlə oyuna azarkeşlik edəcəklər. Mən əminəm ki, Rusiya ya Portuqaliyanın dünya çempionatında iştirakı ilə bağlı sorğu keçirilsə, 90 faiz azarkeş Rusiyaya səs verərlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.