14 oktyabr 2013 14:35
“Səmədov Rusiya yığmasında oynamaq istədi, istəmədi Azərbaycanı təmsil edir”
Azərbaycan millisinin sabiq baş məşqçisi Əsgər Abdullayev Aleksandr Səmədovun Rusiya yığmasında oynamasında qəbahət olmadığını deyib. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
"Dünya futbolunda belə hallara rast gəlinir. Məsut Özül Almaniya yığmasının şərəfini qoruyur. Onda gərək türklər onu tənqid etsin. Futbol prizmasından yanaşdıqda Səmədova yalnız uğurlar arzulamaq olur. Aleksandr yaxşı futbolçudu. Onun Rusiya kimi komandada möhkmlənməsi bizi sevindirməlidi. Dünya çempionatında oynayacağı halda daha da sevinərik. Səmədov Rusiya yığmasında oynamaqla istədi, istəmədi Azərbaycanı təmsil edir”.
