14 oktyabr 2013 15:20
Şahin Diniyev: Azərbaycanın oyununa proqnoz vermək üçün gərək Vanqa olasan
Futbol üzrə millimizin sabiq baş məşqçisi, "Rəvan" klubunun baş məşqçisi Şahin Diniyev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Rusiya oyunu haqda danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan millisinin oyununa proqnoz vermək mümkün deyil. Etiraf etmək lazımdı ki, yığma birdən-birə elə gözəl oyun sərgiləyə bilir. Bəzən isə həddən artıq zəif oyunla adamı təəccübləndirir. Stabil oynamırıq. Buna görə də Azərbaycanın Rusiya ilə oyununa proqnoz vermək üçün gərək Vanqa olasan, onda dəqiq nəticəni demək olar. Fikrimcə millimiz Rusiyaya qarşı əzmkar oyun göstərə bilər. Əgər çoxlu güc sərf etsələr və rəqibə öz oyununu göstərməyə imkan verməsələr qalib gəlmək olar. Lakin Rusiya asanlıqla 3 xalı bizə bağışlamayacaq. Fabio Kapellonun gəlişindən sonra Rusiya çox güclənib. Onlar Bakıda qələbəyə oynayacaq”.
